воскресенье, 10 февраля 2019 г.

Qafqazda qraffiti: kütləvi mədəniyət yoxsa eybəcərlik?

Bakı, 2008  
Fəal səyahətçi dövrüm 31 illik həyatımın son 7 ilinə təsadüf edir. Səfərlərim ya iş ilə bağlı ezamiyətlər idi, ya jurnalist olaraq peşəkarlığımı artırmaq üçün müxtəlif tədbirlərdə iştirak ilə bağlı idi. Nəhayət turist kimi çox vaxt qürbətə üz tutmuşam. Olduğum məkanlar, gəzdiyim şəhərlər bir-birindən fərqlənsə də, onları birləşdirən məqamlardan biri - divarlarda street-art [str:it-a:t] yəni küçə incəsənəti el araında isə qraffiti kimi tanınan rəsmlərin təsvir olunmasıdır.
Kiyev, Ukrayna, mart 2016 




Krakov, Polşa, yanvar 2014




Onuda deyim ki, ilk qrafiti əsəri düz 50 il əvvəl 1969-cu ildə ABŞ-ın Nyu-York şəhərində yaradılıb. Kuryer çalışan Taki ləgəbli gənc bir yunan şəhər divarlarına ləgəbini və yaşadığı küçənin nömrəsini qara mürəkkəb gələm ilə həqq etməyə başlayıb, "Taki 163".




Krakov, Polşa, yanvar 2014


Minsk, Belarus, dekabr 2012







Cənubi Qafqaz 

Cənubi Qafqazda Yer planetininin ayrılmaz hissəsi olduğu üçün, əlbəttə ki, bu məşquliyət yerli gənclərin nəzərindən qaçmayıb. 

Azərbaycan

Qraffiti əsərləri ilə tanışlığım "Qara şəhərdə" (indiki adı Cavanşir körpüsündən başlayarək Afiyəddin Cəlilov küç, Nobel prospekti, Yusif Səfərov, Xocalı prospektinə və bitişik küçələri əhatə edən  rayon) yaşadığım dövrə təsadüf edir. Məhz buradakı divarların birində rəngli, zövgə oxşayan, mürəkkəb formada yazılan əcnəbi sözlər və rəsmləri gördüm. Sonradan həmin divarı rənglədilər, rəsmlər yox oldu.  Fikrimcə, bu əhvalat qraffiti sənədinə olan münasibəti və onun hazırki vəziyətini çox yaxşı  əks etdirir.


Bakı, fevral 2019
Daha çox gənclərin meyil göstərdiyi bu xobbiyə ümumi seyirci yəni mən, oxucu, hökümət nümayəndələri və s. münasibətidə birmənalı deyil, bir çox hallarda negativdir. Bu səbəbdən bu küçə mədəniyəti daha çox "underground"-a [andəqraund] (yeraltı, gizli) üz tutmağa can atır. Yəni, street-art-ın bizdə özünü, necə deyərlər, tutuzdura bilməməsi ona olan münasibətdən qaynaqlanır.Bunun isə bir neçə səbəbi var.





Səbəb #1  Verilən mesaj 

Müəllif divarların, abidələrin üzərində nəsə çəkib və ya yazmaqla müxtəlif sanksiya ilə üzləşə bilər. Sanksiyanın ağırlığı isə rəssamın cəmiyətə çatdırmaq istədiyi ismarıcdan aslıdır. 


Səbəb #2  Estetika

Adındanda göründüyü kimi, küçə mədəniyəti kəlməsindəki sözlər heç cür siravi insanımızın beynində uzlaşmır. Küçə hara, mədəniyət hara? Eybəcər şəkillər, başa düşülməyən mesajlar və s. insanımızı bu mədəniyət nümunələrinə sanki yad edir.


Səbəb #3 Mülkə vurulan ziyan 


Hökümət-insanımız tandemi binaların üzərindəki əsərləri banal olaraq şəxsi və ya dövlət mülkünə vurulan ziyan kimi hesab edir və bunun qəbuledilməz olduğunu düşünür.


16 yaşlı Elmarın ailəsi Z. Əhmədbəyov küçəsindəki evlərinin “plana” düşməsini səbirsizliklə gözləyir.
Bakı, fevral 2019


"Atam deyir evimizin divarına bunu çəkən uşaqları polis gəldi apardı"
Bakı, fevral 2019
Səbəb # 4

Cəmiyyət üzvlərin qənaətinə görə, divarlarda şəkil çəkən şəxs bunu bekarçılıqdan edir, avaraçılıqdan əziyyət çəkir.



Onlar axı bunu nə üçün çəkirlər?

Tanış olmayan insana klişe, stereotiplər qoşmağa nə var ki. Bəlkə əvvəl onlara bunu nə üçün etdiklərini izah etməyə imkan vermək lazımdır?  Həyat tərzi, küçə mədəniyyətinin bir qolu, yaşayış stili- onlar bununla məşqul olmalarını məhz belə izah edir.  Xatırlayiram ki, Space TV-də işləyərkən həmkarlarımdan biri Mürvət Zalikoğlu qraffiti həvəskarları barədə videosüjet hazırlamışdı. Süjetin qəhrəmanları məşqul olduqları sənədin populyarlaşması üçün gecələr şəhəri bəzəməyə çıxdıqlarını etiraf edirdilər.



Dövlətdə çalışır bu sahəyə maraq göstərənləri dəstəkləməyə. Amma özünə məxsus tərzdə. Hətta sərgilər təşkil edir. Amma bu nadir halda və daha çox əcnəbi rəssamlar ilə birgə yaradılan əsərlərin sərgisidir. Mədəniyət nazirliyi belə sərgilərdə qeyri-hökümət təşkilatları ilə birgə çalışır. Nəticədə yaradılan əsərləri heç də hamı seyr edə bilmir. 


Bəlkə icra strukturları və qraffiti rəssamları daha sıx əməkdaşlıq etsinlər? Axı bu əməkdaşlıqdan hamı qazanar. Şəhərin boz, köhnə binaların divarları yenidən canlanar. Bu isə o deməkdir ki, büdcədən onların "oblitsofkasına" xərclənəcək vəsaitə qənaət etmək olar. Həm çinin şəhər əhalisi gözəl icnəsənət nümunələrindən zövq alar, əhval-ruhiyəsi yüksələr. Nəhayət street-art həvəskarları underground-an çıxıb öz məharətlərini göstərər. Kim bilir, bəlkə sıralarından dünyaca məhşur rəssamlar çıxacaq.



Ermənistan


Qrafiti ustası Robert Nikoqosyan. İrəvan, Ermənistan




Ermənistanda qraffiti sənəti yenidir və ölkəboyu yayılmayıb amma küçə incəsənətinin popularlaşmasına yerli rəssamlar seçdikləri mövzular və şəhər rəhbərliyinə verdiyi təkliflərlə öz tövfələrini verirlər. Yerli rəssam Robert Nikoqosyan kimi. İrəvan divarlarında məşhur erməniləri çəkir və gənc nəslin nümayəndələrini, eləcə də əcnəbi turistləri erməni irsi ilə tanış edir. Bununlada o yerli əhalinin böyük rəğbətini qazanıb.










İrəvanın rənglənmiş dalanlarından biri



"1000 və 1 lyuk" layihəsi çərçivəsində rənglənən İrəvanın kanalizasiya lyuku 



İş birliyinə gəldikdə isə, istedadlı rəssam və dizaynerlər şəhər rəsmiləri ilə bir araya gələrək boz və eybəcər dalanları (yeri gəlmişkən ermənilərdə küçə dalanlarını məhz dalan  adlandırır) rəngləmək və müxtəlif rəsm əsəsrləri yaratmağa qərar veriblər. Artıq paytaxt İrəvanın 150 dalanı Ermənistan mənzərələri və dünyanın müxtəlif abidələri mövzusunda çəkilən şəkillər ilə bəzədilib, yeni nəfəs alıb.







Zövqə oxşayan incəsənət nümunələrini təkcə divarlarda yox, yeri gəlsə kanalizasiya lyukların üzərindədə təsvir etmək olar. ImYerevan.com portalı və Yerevan 2.0. şəhər inkubatorun üzvlərin "1000 və 1 lyuk" adlı layihəsi məhz buna həsr olunub. Məqsəd: İrəvanı daha cazibədar və maraqlı şəhər etmək, müasir incəsənətə tövfə vermək.







Gürcüstan

Digər qonuşumuz Gürcüstanda street-art kütləvilik halı alıb.Etiraf edim ki, gürcülər çox məharətlə qraffiti təsvirlərinə istər əyləncəni, istərsə də siyasi çalarları qatırlar. 
Kutaisi, Gürcüstan, iyun 2017


Tbilisi, Gürcüstan, avqust 2018
Burada hətta qraffiti sənəti üzrə festivallar keçirilir. Artıq dörd festival Batumidə, ikisi isə paytaxt Tbilisidə baş tutub. 

10 ildən çox bu sənətə özünü həsr edən Musyə Keburiya Gürcüstanın ən tanınan qraffiti ustalarındandır. Ukrayna, Norveç, Almaniya, Portuqaliyada keçirilən qraffiti-festivallarında iştirak edən gənc rəssamın əsərlərini hətta Kutaisi hava limanının üzərində görmək olar. Gənc rəssam deyir ki, paytaxtın köhnə və boz binalarında müasir mədəniyyət nümunələri yaratmaqla bir növ harmoniyaya nail olmaq olar.
Rustavidə növbəti əsərini yaradan Musya Keburiya
Sonda əlavə etmək istərdim ki, street-art və onun ayrılmaz hissəsi olan qraffiti - şəhər submədəniyətin bir növüdür,ayrılmaz hissəsidir. Urbanizasiya prosesini yaşayan ərazilər, rayonlar, şəhərlər, ölkələr bunu öz üzərində hiss etməlidir. Və yaxşı ki, hiss edirlərdə. Yaşadığımız regionda istisna deyil. Axı dəmir-beton qutularla bəzədilən və getdikcə eyniləşən şəhərləri fərgləndirən nəsə olmalıdır ya yox?  

Qeyd: Klassik qrafiti  - tamhəcmli rəsm əsəri, mürəkkəb naxış, hətta xüsusi "kodlaşdırma" və ya üstüörtülü yazıdır. Qrafiti qanunlarına əsasən, divardakı yazılar asan oxunmamalıdır.


Bəyənin, Şərh yazın, Paylaşın !


пятница, 1 февраля 2019 г.

Dolma Vs Dolma? Təki, aclar doysun!

Hərb və ...yemək

Uzaq 18-ci əsrdə Prussiya kralı,  I Fridrix Vilgelm əsgərlərin döyüşdə uğur qazanması üçün tox olmalarının vacib olduğunu deyərdi.

Müharibə müharibə ilə, amma nahar cədvələ uyğun edilməlidir
Almaniyalı monarx kimi qonşu azərbaycanlılar və ermənilərdə yeməyi qarşıdurma kontekstində istifadə etməyə xoşlayır. Ən sevdiyim yeməklərdən biri, yarpaq dolması iki olkənin divan və klaviatura orduları arasında bu dəfə 21-ci əsrdə virtual muharibəyə yol açıb. Əsas sual: Yarpaq dolması Azərbaycana ya Ermənistana aiddir?

İllərdi davam edən qarşıdurmaya sanki  2017-ci ildə UNESCO aydınlq gətirdi. Beynəlxalq mötəbər qurum azərbaycan dolmasını bəşəriyyətin Qeyri-maddi mədəni irsinə aid olduğunu qəbul etdi.

Davam ya tamam? 
Buna baxmayaraq kulinariya cəbhəsinə atəşkəs səngimədi. Buda başa düşüləndir. Bəyəm bundan sonra ermənilər yarpaq dolması yeməyəcək? Axı heç bir tarixi sənədə əsasən kimin çəkilmis əti üzüm yarpağına daha əvvəl bükdüyünü müəyyən etmək mümkün deyil. Eynilə bu təamın ancaq öz ölkəsində hazırlandığını iddia etməkdə. Ət çəkmək və üzüm yetisdirmək ilə məşqul olan Çindən Əlcəzairə gədər istənilən xalq yarpaq dolması və ya onun analoqunu bişirə bilər. Bəlkə dolma kimindir əvəzinə, onu sizdə və bizdə  hazırlayarkən hansi fərglər var sualı qoyaq? Və yaxud onların hazırladığı dolmanı yeyə bilərik kimi sual daha praktik olar?

Dolma Azərbaycanda Vs Dolma Ermənistanda 
Hər iki ölkə bu yemək oxşar şəkildə və oxşar inqridiyentlərdən hazırlansa da, onlar arasında fərqlərdə az deyil.

Tərkib
Tərkibinə gəldikdə, hər iki ölkədə üzüm yarpağın içindəki çəkilmiş ətə müxtəlif göyərti, sarımsaq, kərə yağında qızardımış və xırda doğranılmış ağ soğan, düyü, istiot və duz əlavə edilir. Sadəcə Azərbaycanda bu adətən qoyun əti olur, əlavə edilən düyü mütləq bişmiş, istiota gəldikdə isə bu üyüdülmüş qara istiot olur.

Ermənistanda isə mal ətinə həmçinin donuz piyi, qara istiotla yanaşı qırmızı istiot əlavə edilir. Düyü isə ümumiyyətlə çiy şəklində qatılır.


Dolmanın bükülmə tərzi
Bizim və onların dolmalarının bükülmə tərzidə fərqlidir. Yerli dolma daha çox açıqça şəklində bükülür və nəticə etibarılə dördkünc alınır, onlarda isə ət üzüm yarpağın içinə rulet şəklində (bu tərz Aralıq dənizi sahilində yaşayan millətlərədə xassdır). Nəticədə, dolma uzunsov alınır və balaca borunu xatırladır.


Bişirərkən
Nəhayət, biz bükülmüş dolmanı birbaşa qazanın dibinə düzdüyümüz halda, qonşularımız qazanın dibinə boşqab qoyur və sonra dolmanı üztünə düzməyə başlayır. Xoşbəxtlikdən hər iki xalqın nümayəndələri dolmaları yerləşdirəndən sonra daha yaxşı bişsiz deyə üstünə bir boşqabda yerləşdirir. Sonra isə asandır. Biraz su, biraz hövsələ və Voila !

Bir dolmasevər kimi deyə bilərəm ki, "istehsal yerindən" aslı olmayaraq əsas dolma dadlı və yeməli olsun. Birdə yunanlar kimi ətin yerinə yarpağın içini düyü doldurmasınlar.

Bir sözlə, dolma yeyilmək üçün, onu müzakirə edib soyutmamaq üçün deyil. Təki, aclar doysun!