пятница, 1 февраля 2019 г.

Dolma Vs Dolma? Təki, aclar doysun!

Hərb və ...yemək

Uzaq 18-ci əsrdə Prussiya kralı,  I Fridrix Vilgelm əsgərlərin döyüşdə uğur qazanması üçün tox olmalarının vacib olduğunu deyərdi.

Müharibə müharibə ilə, amma nahar cədvələ uyğun edilməlidir
Almaniyalı monarx kimi qonşu azərbaycanlılar və ermənilərdə yeməyi qarşıdurma kontekstində istifadə etməyə xoşlayır. Ən sevdiyim yeməklərdən biri, yarpaq dolması iki olkənin divan və klaviatura orduları arasında bu dəfə 21-ci əsrdə virtual muharibəyə yol açıb. Əsas sual: Yarpaq dolması Azərbaycana ya Ermənistana aiddir?

İllərdi davam edən qarşıdurmaya sanki  2017-ci ildə UNESCO aydınlq gətirdi. Beynəlxalq mötəbər qurum azərbaycan dolmasını bəşəriyyətin Qeyri-maddi mədəni irsinə aid olduğunu qəbul etdi.

Davam ya tamam? 
Buna baxmayaraq kulinariya cəbhəsinə atəşkəs səngimədi. Buda başa düşüləndir. Bəyəm bundan sonra ermənilər yarpaq dolması yeməyəcək? Axı heç bir tarixi sənədə əsasən kimin çəkilmis əti üzüm yarpağına daha əvvəl bükdüyünü müəyyən etmək mümkün deyil. Eynilə bu təamın ancaq öz ölkəsində hazırlandığını iddia etməkdə. Ət çəkmək və üzüm yetisdirmək ilə məşqul olan Çindən Əlcəzairə gədər istənilən xalq yarpaq dolması və ya onun analoqunu bişirə bilər. Bəlkə dolma kimindir əvəzinə, onu sizdə və bizdə  hazırlayarkən hansi fərglər var sualı qoyaq? Və yaxud onların hazırladığı dolmanı yeyə bilərik kimi sual daha praktik olar?

Dolma Azərbaycanda Vs Dolma Ermənistanda 
Hər iki ölkə bu yemək oxşar şəkildə və oxşar inqridiyentlərdən hazırlansa da, onlar arasında fərqlərdə az deyil.

Tərkib
Tərkibinə gəldikdə, hər iki ölkədə üzüm yarpağın içindəki çəkilmiş ətə müxtəlif göyərti, sarımsaq, kərə yağında qızardımış və xırda doğranılmış ağ soğan, düyü, istiot və duz əlavə edilir. Sadəcə Azərbaycanda bu adətən qoyun əti olur, əlavə edilən düyü mütləq bişmiş, istiota gəldikdə isə bu üyüdülmüş qara istiot olur.

Ermənistanda isə mal ətinə həmçinin donuz piyi, qara istiotla yanaşı qırmızı istiot əlavə edilir. Düyü isə ümumiyyətlə çiy şəklində qatılır.


Dolmanın bükülmə tərzi
Bizim və onların dolmalarının bükülmə tərzidə fərqlidir. Yerli dolma daha çox açıqça şəklində bükülür və nəticə etibarılə dördkünc alınır, onlarda isə ət üzüm yarpağın içinə rulet şəklində (bu tərz Aralıq dənizi sahilində yaşayan millətlərədə xassdır). Nəticədə, dolma uzunsov alınır və balaca borunu xatırladır.


Bişirərkən
Nəhayət, biz bükülmüş dolmanı birbaşa qazanın dibinə düzdüyümüz halda, qonşularımız qazanın dibinə boşqab qoyur və sonra dolmanı üztünə düzməyə başlayır. Xoşbəxtlikdən hər iki xalqın nümayəndələri dolmaları yerləşdirəndən sonra daha yaxşı bişsiz deyə üstünə bir boşqabda yerləşdirir. Sonra isə asandır. Biraz su, biraz hövsələ və Voila !

Bir dolmasevər kimi deyə bilərəm ki, "istehsal yerindən" aslı olmayaraq əsas dolma dadlı və yeməli olsun. Birdə yunanlar kimi ətin yerinə yarpağın içini düyü doldurmasınlar.

Bir sözlə, dolma yeyilmək üçün, onu müzakirə edib soyutmamaq üçün deyil. Təki, aclar doysun!

Комментариев нет:

Отправить комментарий